- 12:42
"Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında əməkdaşlıq yaranmasına qarşıdır".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin bugünkü iclasında deyib.
O, Avropanın antiazərbaycan siyasətini qınayaraq, bunun həmin qurumun xislətinin mahiyyəti olduğunu bildirib: "Heç bir dövlət suveren hüquqlarını Avropa Parlamentinə hədiyyə etmək istəmir. Avropa ayrı-ayrı ölkələrin işlərinə qarışaraq təxribatlar və zorakılıqlar törədir. Azərbaycan isə buna imkan verməz".
Deputat Avropa Parlamentinin son qətnaməsini Azərbaycan ictimaiyyəti tərəfindən kəskin şəkildə pislənəcəyini vurğulayıb və bunun ən layiqli cavab olduğunu bildirib.
Şəbnəm Mehdizadə