- 12:42
"Avropa Parlamentinin qəbul etdiyi qətnamə manipulasiyadır və qəbuledilməzdir".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bugünkü iclasında bildirib.
Deputat Avropa İttifaqının (Aİ) Cənubi Qafqazla bağlı heç vaxt reallığa əsaslanan mövqeyinin olmadığını qeyd edib: "Aİ erməni əsilli cinayətkarları siyasi məhbus adlandırırsa, onların xisləti artıq bəllidir. Bu cür yanaşmalar heç bir hüquqi əsas təşkil etmir. Aİ heç vaxt Ermənistanda baş verən məsələlərlə maraqlanmayıb, lakin Azərbaycanda baş verən hər hansı bir hadisəni kontekstdən çıxarıb təzyiq vasitəsinə çevirməyə çalışır. Aİ beynəlxalq hüquq normalarına zidd hərəkət edir və bəziləri bu qurumu öz maraqları üçün alətə çevirib".
A.Quliyev Azərbaycanın öz mövqeyini rəsmi şəkildə bildirəcəyini vurğulayıb.
Şəbnəm Mehdizadə