"Əfv və amnistiya gücün göstəricisidir" - Razi Nurullayev


  • 12:29

"Əfv və amnistiya zəifliyin deyil, əksinə gücün göstəricisidir".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü iclasında deyib.

O, amnistiya aktının əhatə dairəsinin vaxtilə sağlamlığını, gəncliyini vətən uğrunda qurban vermiş şəxsləri də əhatə edəcəyini qeyd edib. Deputat bu təşəbbüsün ailələrə sevinc gətirəcəyini əlavə edib.

"Hər kəs səhv edir. Vacib olan səhvi dərk edib ondan nəticə çıxarmaqdır. Arzu edirəm ki, bu təşəbbüs jurnalistləri də əhatə etsin. Azərbaycan dövləti qiymət bilən və bağışlayan sosial dövlətdir", - deyə R.Nurullayev tqeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər