Məzmuna keç

“Məqsəd əxlaq polisi yaratmaq deyil” –

"Bu layihə əxlaq polisi yaratmaq məqsədini daşımır, əksinə, milli varlığımızı və gələcəyimizi qorumağa xidmət edir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, "Telegram" və "TikTok" kimi sosial şəbəkələrdə insan alveri, cinsi istismar halları xeyli artıb.

Z.Oruc bu cür fəaliyyətlərin artıq təşkilatlı şəkildə həyata keçirildiyini və bu məsələlərin daha da ciddiləşdiyini vurğulayıb.

Deputat qeyd edib ki, dövlətin məqsədi sadəcə bu cür fəaliyyətləri qadağan etmək deyil, həm də təhlükəsizliyi təmin etməkdir: "Dövlət yalnız ordudan, iqtisadiyyatdan və büdcədən ibarət deyil, eyni zamanda mənəvi dəyərlərdən də ibarətdir".

Şəbnəm Mehdizadə