- 19:29
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Qarabağ Universiteti, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA), tərəfdaşlığı və ELSA Azərbaycanın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nəhəsr olunmuş “Zəfərin Qanunu” layihəsi həyata keçirilib.
E-huquq.az xəbər verir ki, layihənin birinci günündə baş tutan panel sessiyalarında hüquq sahəsinin nüfuzlu nümayəndələri çıxış ediblər. Panel müzakirələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin İnzibati və Hərbi Normativ Aktlar İdarəsinin rəisi Mahir Yolçuyev, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin rəhbəri Təbriz Musayev, Hüquq Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktorunun müavini Kəmalə Paşayeva, Vəkillər Kollegiyasının üzvü, “Remells Law Firm” hüquq şirkətinin partnyoru və “Konstitusiya Hüququnun Müqayisəli Əsasları” kitabının müəllifi Rəşid Əliyev, “Raufoglu and Partners” Hüquq Şirkətinin təsisçisi və baş hüquq məsləhətçisi, hüquq üzrə fəlsəfə doktoru, Ankara Elm Universitetində AssistantProfessor Təbriz Raufoğlu, Vəkillər KollegiyasıVəkillərin İntizam Komissiyasının üzvü, Deontologiya Komitəsinin sədri Paşa Səfərov, eləcə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sabiq hakimi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru Ceyhun Qaracayev, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov və Konstitusiya Məhkəməsi Aparatının Beynəlxalq Hüquq və Beynəlxalq Əməkdaşlıq Şöbəsinin böyük məsləhətçisi Səbinə Nadirova çıxış ediblər.
Panel müzakirələri konstitusionalizm, suverenlik, müqayisəli konstitusiya hüququ və Konstitusiya Məhkəməsinin dövlət quruculuğundakı rolu mövzularını əhatə edib.
Layihənin ikinci günü Qarabağ Universitetində keçirilən akademik sessiyalarda Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universitetinin müəllimi Vüqar Qədimov və beynəlxalq humanitar hüquq üzrə ekspert Qumral Aslanova beynəlxalq humanitar hüquq mövzularında mühazirələrlə çıxış ediblər.
Günün davamında iştirakçılar Qarabağ regionunda tarixi-mədəni məkanlara səfər ediblər.
Layihənin üçüncü və sonuncu günü isə Beynəlxalq Ədalət Məhkəməsi modeli üzrə müsabiqə keçirilib, iştirakçılar hakim qismində çıxış edərək təqdim olunmuş kazus üzrə hüquqi mövqeləri qiymətləndiribvə əsaslandırılmış məhkəmə qərarları tərtib ediblər. İştirakçıların çıxışı isə “SOCAR Cape” MMC-ninHüquq və Komplayens departamentinin rəhbəri Rübabə Abdulla Məmmədova, “Prime Light” MMC-nin Baş hüquq və xarici əlaqələr üzrə icraçı direktoru Araz Babazadə, Dövlət Miqrasiya Xidmətində rəisin Hüquq işləri üzrə baş köməkçisi Füzuli Cəbrayıllı tərəfindən qiymətləndirilib.
Beləliklə, “Zəfərin Qanunu” layihəsi akademik bilik, praktiki təcrübə və tarixi-mədəni dəyərləri özündə birləşdirərək iştirakçılar üçün zəngin və yadda qalan bir layihə olub.