- 13:02
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı aktının icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmənin 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsinsə həyata keçirilib.
E-huquq.az xəbər verir ki, Amnsitiya aktı müğənni Dəniz Əsədovaya şamil edilib və o, azadlığa buraxılıb.
O, cəzasının çəkilməyən hissəsindən (22 gün) azad edilib.
"Bu, mənim üçün böyük sevinc hissidir. Ailəm və öz adımdan cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Amnistiya aktı əsasında cəzamın çəkilməmiş hissəsi bağışlanıb və mən övladlarıma qovuşmuşam. Cəza müddətimin bitməsinə cəmi 22 gün qalmışdı", - deyə müğənni jurnalistlərə açıqlamasında deyib.


Şəbnəm Mehdizadə