Gültəkin Sadıqova da azadlığa çıxdı


  • 12:08

Neftçalanın sabiq icra başçısının müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.

E-huquq.az xəbər verir ki, bu gün icra olunan amnistiya aktı ona da şamil edilib.

Qeyd edək ki, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 2020-ci ildə həbs edilib.

Məhkəmənin hökmü ilə 2021-ci ildə G. Sadıqova 8 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib. Daha sonra onun cəzası 4 il 6 aya qədər azaldılıb.

Oxşar xəbərlər