Bakı İstintaq Təcridxanasında Amnistiya aktı icra olundu - FOTO


  • 13:02

Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında da həyata keçirilib.

E-huquq.az xəbər verir ki, Amnistiya aktının şamil olunduğu 12 nəfər bu gün təcridxanadan azadlığa buraxılıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.

Amnistiya elan olunması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər