- 08:24
Sumqayıtda 1 300 abonentə qazın verilişində fasilə yaranacaq.
"Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsindən e-huquq.az-a bildirilib ki, 23 dekabrda Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yeni quraşdırılmış ŞQTM-in mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.
Belə ki, aparılacaq işlərlə əlaqədar qəsəbə üzrə 1 300 abonentin qaz təchizatı saat 10:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa ediləcək.
Abonentlərdən təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.