Azərbaycanda uşaqların 72%-i internetdən gündəlik istifadə edir


  • 11:12

Azərbaycanda uşaqların 72%-i internetdən gündəlik istifadə edir.

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək yalnız milli səylərlə mümkün deyil. Bu məsələnin həlli beynəlxalq əməkdaşlıq və müasir texnoloji alətlərdən istifadə etməklə daha effektli ola bilər.

"Uşağın sosial mühiti ailədir və rəqəmsal təhlükəsizliyin təməli də məhz ailədə qoyulur. Rəqəmsal transformasiya prosesində hər bir uşaq bərabər imkanlarla rəqəmsal mühitə çıxış əldə etməli və heç bir uşaq bu prosesdən kənarda qalmalı deyil. Bugün atılan addımlar, gələcəkdə daha təhlükəsiz və humanist bir rəqəmsal həyatın formalaşmasına zəmin yaradacaq", - deyə Bahar Muradova vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər