Türkiyəli nazir: "Uşaqları rəqəmsal dünyanın təsirindən qorumaq lazımdır"


  • 11:35

"Sosial media sadəcə bir ünsiyyət vasitəsi deyil, uşaqların psixo-sosial inkişafını yönləndirən güclü bir quruluşa çevrilib"

E-huquq.az xəbər verir ki, bunu Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, uşaqları bu təsirdən qorumaq üçün müvafiq addımlar atılmaqdadır: "Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi üçün ciddi tədbirlər həyata keçirilir. Məsələn, Avstraliyada bu ayın əvvəli 16 yaşından kiçik uşaqların sosial mediaya girişinə qadağa qoyulub. Eyni zamanda, bu məsələ İngiltərədə də müzakirə olunur. Fransada 15 yaşından, İtaliyada 14 yaşından, Danimarkada isə 13 yaşından kiçik uşaqlar valideyin icazəsi olmadan sosial mediada hesab aça bilmirlər".

"Biz uşaqların rəqəmsal dünyanın bütün fürsətlərindən yararlanmasını istəyirik, amma bu prosesdə onların ruhunun, zehninin və kimliyinin qorunması da çox önəmlidir", - deyə o qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər