"İnternet istifadəçiləri olan uşaqlar onlayn təzyiqə, zorakılığa və psixoloji travmaya məruz qalır" - Komitə sədri


  • 11:44

"Beynəlxalq araşdırmalar göstərir ki, internet istifadəçilərinin təxminən üçdə biri uşaqlardır.Təəssüf ki, onların əhəmiyyətli hissəsi onlayn təzyiqə, zorakılığa və psixoloji travmaya məruz qalır. Bu isə uşaqların psixoloji sağlamlığına, sosial münasibətlərinə və gələcək inkişafına birbaşa təsir edir".

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müxtəlif regionlarda aparılan tədqiqatlar göstərir ki, problem ümumidir, lakin həll yolları müxtəlif və zəngindir: "Bu baxımdan bu gün burada iştirak edən ölkələrin hər birinin topladığı təcrübə, tətbiq etdiyitexnoloji alətlər və maarifləndirmə modelləri ümumi müzakirələrimizə real və praktik töhfə verə bilər. Məhz buna görə də BMT-nin Uşaq Hüquqları, Avropa Şurasının Lanzarote Konvensiyaları və digər beynəlxalq sənədlər dövlətlər arasında əməkdaşlığı əsas prinsip kimi önə çəkir. Azərbaycan Respublikası bu beynəlxalq öhdəlikləri tam şəkildə bölüşür və onları milli siyasətində ardıcıl şəkildə həyata keçirir. Həmçinin bu əsasda formalaşan beynəlxalq əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi və müasir qoruyucu mexanizmlər sayəsində rəqəmsal mühiti uşaqların təhlükəsiz inkişafı üçün müsbət və faydalı platformaya çevirə biləcəyimizə inanır".

Humay Eminqızı

Oxşar xəbərlər