"Rəqəmsal dünyada da uşaqların hüquqları qorunmalıdır" - BMT rəsmisi


  • 12:02

"Rəqəmsal platformalar uşaqlığın formalaşmasına birbaşa təsir edir".

E-huquq.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı deyib.

BMT rəsmisi bildirib ki, rəqəmsal aləm uşaqlar və yeniyetmələr üçün artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib və rəqəmsal platformalar getdikcə uşaqlığın özünü formalaşdırır.

Onun sözlərinə görə, bu proses özü ilə artan risklər də gətirir və əksər hallarda valideynlər bu riskləri yetərincə dərk etmir.

Vladanka Andreyeva vurğulayıb ki, rəqəmsal ekosistem transmilli xarakter daşıyır və bütün ölkələrdə fəaliyyət göstərdiyinə görə zərərli məzmunun sürətlə yayılması mümkündür.

O qeyd edib ki, uşaqların hüquqları rəqəmsal dünyada da tanınmalı və qorunmalıdır.

"Hər bir uşaq rəqəmsal dünyada təhlükəsiz, inamla və ləyaqətlə iştirak etməlidir", - deyə BMT rəsmisi əlavə edib.

Humay Eminqızı

Oxşar xəbərlər