Bahar Muradova: "Azərbaycanda uşaqların zərərli informasiyalardan qorunması sahəsində fundamental hüquqi baza yaradılıb"


  • 12:11

2018-ci ildə qəbul olunmuş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun ölkəmizdə bu sahədə fundamental hüquqi baza yaradıb.

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sözügedən qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnu təmin etməklə yanaşı, onların fiziki və psixoloji inkişafına zərər verə biləcək məzmundan qorunmasını da qarşıya məqsəd qoyur.

"Bununla yanaşı, informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsi qanunun əsas istiqamətlərindən biridir. Qanunun icrası çərçivəsində dövlət qurumları arasında effektiv koordinasiya mexanizmləri yaradılıb, yaş təsnifatı sistemi tətbiq olunub və ekspert institutları formalaşdırılıb. Həmçinin qanunun icrasına nəzarəti həyata keçirən müvafiq dövlət orqanları müəyyən edilib", - deyə B.Muradova qeyd edib.

Komitə sədri əlavə edib ki, Nazirlər Kabineti tərəfindən qanunun icrasını tənzimləyən normativ sənədlər də təsdiqlənib: "Oxşar qanunvericilik təşəbbüslərinin bir çox iştirakçı ölkələrdə həyata keçirilməsi isə bu sahədə ortaq dəyərlərin və ümumi hüquqi yanaşmaların formalaşdığını göstərir".

Humay Eminqızı

Oxşar xəbərlər