- 13:44
"Biz hələ ki, nümunəvi Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına nail ola bilməmişik".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hərbi sahədə Türkiyə ilə yüksək səviyyəli əməkdaşlıq mövcud olsa da, bu təcrübəni təhsil sahəsində tətbiq etmək mümkün olmayıb.
F.Mustafa vurğulayıb ki, ali təhsil məsələsi son dərəcə önəmlidir. Bu istiqamətdə bir sıra protokollar imzalansa və müəyyən addımlar atılsa da, hələlik praktiki nəticələr əldə edilməyib.
Deputat qeyd edib ki, Qırğızıstanda bu model uğurla həyata keçirilib və Manas Universiteti hazırda Orta Asiyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri kimi fəaliyyət göstərir.
Onun sözlərinə görə, bu sahədə real və konkret işlərin görülməsi vacibdir: "Məmurlar Türkiyə ilə Azərbaycan arasında imzalanmış müqavilə və razılaşmalara daha ciddi və məsuliyyətlə yanaşmalı, onların icrasını təmin etməlidirlər".
Şəbnəm Mehdizadə