İCESCO rəsmisi: "Rəqəmsal transformasiya uşaqlığın mahiyyətini dəyişir"


  • 12:22

"Rəqəmsal transformasiya uşaqlığın mahiyyətini dəyişir".

E-huquq.az xəbər verir ki, bunu İCESCO-nun baş direktorunun müşaviri Amira El Fadil Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bir çox ölkələrdə uşaqlar zərərli məzmunlara və rəqəmsal zorakılığa məruz qalır: "Rəqəmsal zorakılıq mücərrət anlayış deyil, cəmiyyətin əxlaq və sosial mühitinə zərər verir. Bu, təhsildə davamlılığı da zədələyir".

İCESCO rəsmisi vurğulayıb ki, bir çox valideyn öz uşaqlarını rəqəmsal mühitdə yetərincə istiqamətləndirə bilmir: "Bəzən 5 yaşlı uşağın rəqəmsal bilikləri valideyinin biliklərindən çox olur. Valideynlər uşaqlarla aradakı rəqəmsal boşluğu doldurmalıdır".

Amira El Fadil bildirib ki, İCESCO yeni əməkdaşlıq imkanları və təcrübələrin paylaşılmasına hazırdır və bu, rəqəmsal eranı uşaqlar üçün qorumağa xidmət edəcək.

Humay Eminqızı

Oxşar xəbərlər