"Azərbaycan-Türkiyə təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir" - Ceyhun Məmmədov


  • 12:35

"Azərbaycan-Türkiyə təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında Azərbayca ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq haqqında qanun layihələriin müzakirəsi zamanı deyib.

"Bu gün Azərbaycan və Türkiyə tarixdə ən şanlı və şərəfli dövrünü yaşayır. Tarix boyu iki ölkə bir-birinin yanında olub. Vətən müharibəsi bunun ən gözəl nümunəsidir. Bu gün müzakirə olunan layihələr Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın davamıdır. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq həmişə yüksək səviyyədə olub və bu əməkdaşlığın daha da genişləndirilməsi çox önəmlidir", - deyə o bildirib.

Deputat, həmçinin deyib ki, Türkiyə Azərbaycan universitetlərinin diplomlarının tanınması istiqamətində də addımlar atacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər