Faktiki hava açıqlandı


  • 10:20

Azərbaycanın əksər rayonlarda dekabrın 25-i saat 10:00-a olan məlumata əsasən hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Xaçmaz və Qubada 3, Şabran, Bakıda və Abşeron yarımadasında 2, Qusarda 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23, Qobustanda 16 m/s-dək güclənib.

Quba, Qusar, Şərur, Naftalan, Şəmkir, Yevlax ,Zərdab, Sabirabad, Biləsuvar, Lənkəran, İmişli, Astarada duman müşahidə olunub. Görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 8, Aran rayonlarında 2 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər