Məzmuna keç

Milli Arxiv İdarəsi 22 min manatlıq çap məhsulu alır

Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət arxiv xidməti təşkilatlarında istifadə edilən elmi məlumat kartoçkaları, uçot qeydiyyat kitabları və digər çap məhsullarının satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Gara Trade" MMC olub.

Məlumata görə, qalib şirkətə 21.905,52 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə