- 17:44
Hazırda 5 ölkə ilə vizanın ləğv edilməsi üçün işlər aparılır.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, vətəndaşların gediş-gəlişinin sadələşdirilməsi məqsədilə ölkələrin siyahısının genişləndirilməsi istiqamətində işlər davam etdirilir:
"Bunlar təhlil edilir və qarışıqlıqlı prinsip əsasında bütün elementlər nəzərə alınmaqla, prosesdə artım müşahidə edilir. Son bir neçə ildə Albaniya, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Qətər, Mərakeş, Çin kimi ölkələrə gediş-gəliş vizasız olub. 2025-ci ildə 10 ölkə ilə vətəndaşlar üçün vizasız gediş-gəliş təmin edilib. Ümumilikdə 74 ölkə ilə diplomatik pasportla bağlı sazişlər imzalanıb".