- 17:36
Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsinin UNEC-in 1 saylı və 2 saylı tədris binalarında yerləşən liftlərə texniki xidmətin göstərilməsi işləri ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 13.495,90 manat olub.
Şəbnəm Mehdizadə