Bu il Azərbaycan 7 Afrika dövləti ilə vizadan qarşılıqlı azadolma haqqında saziş imzalayıb


  • 11:50

Bu il Azərbaycan 7 Afrika dövləti ilə vizadan qarşılıqlı azadolma haqqında saziş imzalayıb.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, bu addım təsadüfi deyil və Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının genişlənməsinin göstəricisidir.

S.Alıyev qeyd edib ki, Afrika dövlətlərində Azərbaycanın təcrübəsinə və investisiyalarına böyük ehtiyac var. "Azərbaycan Somali də daxil olmaqla, bir sıra Afrika ölkələrinə intellektual məhsullar ixrac edir. Bu məhsullar arasında “ASAN xidmət” modelinin həmin ölkələrdə tətbiqi xüsusi yer tutur. Somali prezidentinin Azərbaycana səfəri zamanı da bu məsələ müzakirə olunub".

Sahib Alıyev vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq mövqe ortaya qoyur və hər hansı dövlətin təsiri altında fəaliyyət göstərmir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər