- 13:57
Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.
E-huquq.az-ın məlumatına görə, spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasını bağlı elan edib.
Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb.
Beləliklə, parlament yanvar ayının 1-dən 15-dək tətilə buraxılıb.
Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır.