İsveçdə vəfat edən Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilir


  • 13:57

Diasporla İş üzrə Dövlət Komitəsi İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi məsələsini nəzarətə götürüb.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki işlər görülür.

“Məsələ ilə bağlı mərhumun ailə üzvləri ilə davamlı əlaqə saxlayırıq”, - Dövlət Komitəsindən bildirilib.

Mənbə: APA

Oxşar xəbərlər