İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib


  • 15:34

İctimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərində bu gündən 3 il müddətinə ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə əlavə dəyər vergisi (ƏDV) hesablanarkən onların nağdsız dövriyyəsinin 50%-i ƏDV tutulan ümumi dövriyyədən çıxılacaq.

E-huquq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi yanvarın 1-dən 3 il müddətinə onların vergi tutulan ümumi dövriyyəsindən çıxılacaq.

Ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər də vergidən azad olacaq.

Oxşar xəbərlər