- 15:12
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolu, həmçinin ölkə üzrə bütün yollar nəzarətdə saxlanılır.
Bu barədə e-huquq.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Bildirilib ki, qarlı və şaxtalı hava şəraiti ilə bağlı hər-hansı problem yoxdur.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bütün maşın-mexaizm və texnikası, həmçinin canlı qüvvəsi gücləndirilmiş iş rejimində çalışır. Problem yaranan ərazilərə operativ müdaxilə olunur və hərəkətin təhlükəsizliyi-fasiləsizliyi təmin olunur", - məlumatda qeyd edilib.
Qış fəslinə uyğun avtomobili təchiz etməyən sürücülərin dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə etməməyi tövsiyyə olunur.