Peşə kursunda görmə məhdudiyyəti olanlara rəqəmsal bacarıqlar öyrədilir - FOTO


  • 4 Yanvar 18:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən görmə məhdudiyyəti olanların məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığı kursuna başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən e-huquq.az-a verilən məlumata görə, kurs Agentliyin Bərdədə yerləşən Qarabağ Peşə Hazırlığı Mərkəzində Qarabağ “DOST Evi”nin filialı ilə birgə inklüziv yanaşma əsasında kompüter operatoru peşəsi üzrə təşkil olunub.

Görmə məhdudiyyətli bir qrup şəxsin cəlb edildiyi kursda müdavimlərə xüsusi proqram əsasında rəqəmsal bacarıqlar öyrədilir.

Onların məşğulluq imkanlarının genişləndirilməsinə və cəmiyyətə daha fəal inteqrasiyasına xidmət edən peşə kursunun müddəti bir aydır.

Tədris prosesini uğurla başa vuran müdavimlərə sertifikatlar veriləcək və onların müvafiq sahə üzrə işlə təmin olunmalarına dəstək göstəriləcək.

Oxşar xəbərlər