- 00:38
Pirəkəşkül və Ağdərədə 5-9 yanvar tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırıb və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırıb.