Tikinti şirkəti 13 min manat cərimələndi


  • 5 Yanvar 13:24

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 541 ünvanında yeni tikilmiş yaşayış binasının qarşısında ağaclar kəsilib.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı ağacların yaşayış binasının qarşısında tikinti və abadlaşdırma işləri aparılan zaman inşaata cavabdeh şəxs Vüsal Fərzəliyev tərəfindən kəsildiyi müəyyənləşib.

Faktla bağlı V.Fərzəliyev barəsində akt, protokol tərtib edilib və ona vəzifəli şəxs qismində 13 min 250 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Oxşar xəbərlər