- 00:38
Yanvarın 3-ü saat 01 radələrində Nəsimi rayonu Ceyhun Səlimov küçəsində “İveco” markalı təcili tibbi yardım avtomobili ilə motosiklet toqquşub.
E-huquq.az xəbər verir ki, hadisə zamanı motosikletin 29 yaşlı sürücüsü Mehdi M. hadisə yerində həlak olub.
Qəza nəticəsində ambulansın sürücüsü və 2 sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Bildirilib ki, hadisə zamanı təcili tibbi yardım avtomobili yüksək sürətlə hərəkət edirmiş.
Faciəvi şəkildə ölən Mehdi restoranda kuryer kimi çalışırmış. Onun 10 aylıq körpəsi qalıb.
TƏBİB-dən bildirilib ki, 3 yanvar tarixində saat 01:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər (2-si kişi, 1-i qadın olmaqla) müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.
Zəruri tibbi yardım göstərilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Mənbə: Qafqazinfo