Məzmuna keç

Keçmiş hakim: “Azərbaycanda kommersiya məhkəmələrinin yaradılması təqdirəlayiq haldır”

Keçmiş hakim: “Azərbaycanda kommersiya məhkəmələrinin yaradılması təqdirəlayiq haldır”

“Azərbaycanda kommersiya məhkəmələrinin yaradılması təklifi məhkəmə-hüquq islahatları sahəsində növbəti uğurdur”.

Bunu e-huquq.az-a açıqlamasında Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi, vəkil Eynulla Vəliyev deyib.

O deyib ki, Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı Azərbaycanda məhkəmə icraatının effektivliyinin yüksəlməsinə xidmət edəcək. E.Vəliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu günkü iclasında kommersiya məhkəmələrinin yaradılması haqqında verilən qərara da münasibət bildirib.

Onun sözlərinə görə, məhkəmə işlərinin bu formada ayrılması ehtiyac var idi: “Bu baxımdan hesab edirəm ki, kommersiya məhkəmələrinin yaradılması təqdirəlayiq haldır”.