- 7 Yanvar 22:54
Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
E-huquq.az xəbər verir ki, bu gün Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 1 saylı hava xəttində təmir işi aparılacaq.
Bununla əlaqədar saat 11:00-dan 13:00-dək şəhər ərazisinin bir hissəsində və rayonun Köhnə Amankənd, Muğan, Yuxarı Ağalı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin elektrik enerjisi ilə təchizatı bərpa ediləcək.