Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edildi


  • 8 Yanvar 10:29

Hasil Vasif oğlu Abbasov Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

E-huquq.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

H.Abbasov 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2008-2010-cu illərdə Makquari Universitetində (Avstraliya) beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb. 2012-ci ildən əmək fəaliyyətinə başlayan yeni sədr 2024-cü ilin oktyabr ayından hazırkı vəzifəsinə qədər DMA-nın sədr müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Agentliyin əvvəlki sədri Sadiq Əliyev digər sahədə fəaliyyətə başlamaq istəyi ilə bağlı ərizəsinə əsasən işdən azad edilib.

Oxşar xəbərlər

  • 8 Yanvar 17:42
Külək güclənəcək