Sumqayıtın bəzi hissələrində qaz olmayacaq


  • 8 Yanvar 10:54

Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən e-huquq.az-a verilən məlumata görə, şəhərin Qurd dərəsi adlanan ərazisinin bir hissəsində ŞQTM-in dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.

Aparılacaq işlərlə əlaqədar bu gün saat 11:30-dan etibarən ərazidəki 800 abonentin qazı kəsiləcək.

İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Oxşar xəbərlər

  • 8 Yanvar 17:42
Külək güclənəcək