- 09:53
Komi Respublikasının Kortkeros rayonunda ekskursiya avtobusu minik avtomobili ilə toqquşub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Sıktıvkar – Troitsko-Peçorsk avtomobil yolunun 120-ci kilometrində baş verib.
Ekskursiya avtobusu toqquşma nəticəsində aşıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü vəfat edib.
Avtobusda 18 uşaq və 13 valideyn olub. Onlara zəruri yardım göstərilib.
Valideynlərin və sürücünün səyləri nəticəsində uşaqlar avtobusdan operativ şəkildə təxliyə edilib.
Humay Eminqızı