Sumqayıtda 700 abonentin qazı kəsiləcək


  • 9 Yanvar 14:27

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən e-huquq.az-a verilən məlumata görə, bu gün şəhərin 52-ci məhəlləsində diametri 108 mm və 76 mm olan qaz xətlərində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən, həmin ərazidə 700 abonentin qaz təchizatı saat 15:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qaz təchizatı işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.

Oxşar xəbərlər