Eşqin Bayramova vəzifə verildi


  • 09:49

Eşqin Bayramov Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

E-huquq.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmr imzalayıb.

Eşqin Bayramov 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında "Ölkəşünaslıq - Avropa ölkələri" ixtisası üzrə magistr və 2013-2017-ci illərdə Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb. 2011-2025-ci illərdə Bakı Biznes Universitetində şöbə müdiri, prorektor, müəllim işləyib. 2025-ci ilin fevral ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən əftə DMA-nın İdarə Heyətinin yeni sədr - Hasil Abbasov təyin olunmuşdu.

Oxşar xəbərlər