- 17:48
İyirmi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilib. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu.
E-huquq.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında söyləyib.
Dövlət başçısı bildirib: "Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə, elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir".