- 12:50
Naxçıvan Muxtar Respublikasında (MR) 3000 metr yüksəklikdə qar örtüyünün qalınlığı 56 sm təşkil edib.
Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən e-huquq.az verilən məlumata görə, muxtar respublikanın bir sıra rayon və kəndlərində qar yağıntısı müşahidə olunub.
Parağaçay Qar Uçqunu Stansiyasında qarın hündürlüyü 23 sm, dağlıq ərazilərdə 3000 metr yüksəklikdə isə qar örtüyünün qalınlığı 56 sm təşkil edib.
Şahbuzda hazırda qar yağır, qarın hündürlüyü 1 sm-dir. Kükü kəndində təzə qarın hündürlüyü 20 sm, ümumi qar örtüyünün qalınlığı 41 sm-ə çatıb. Biçənək kəndində yağan qarın hündürlüyü 5 sm, ümumi qar örtüyünün qalınlığı isə 31 sm təşkil edir.
Şərurda gecə saatlarında yağan qarın hündürlüyü 2 sm olub, hazırda yağıntı müşahidə edilmir. Axura kəndində isə qarın hündürlüyü 6 sm ölçülüb.Sədərəkdə gecə saatlarında 1 sm qar yağıb, qar örtüyünün qalınlığı 3 sm-dir.