Dövlət Vergi Xidmətinin yarım milyonluq tenderinin qalibi müəyyənləşdi


  • 15:18

Dövlət Vergi Xidmətinin 2026-cı il üzrə server infrastrukturuna, fərdi kompüterlərə, periferiya qurğularına, korporativ rabitə şəbəkəsinə, proqram təminatına texniki və istismar xidmətlərinin göstərilməsinin satınalınması (2 aylıq) ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Caspel" MMC olub.

Qalib şirkətə 552.627,28 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər