- 17:48
2040-cı ilə qədər milli kino fondu, dövlət televiziya və radio arxivlərinin tam rəqəmsallaşdırılması nəzərdə tutulub.
E-huquq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.
Məlumata əsasən, milli kino fondunun azı 60 faizinin, dövlət televiziya və radio arxivlərinin hər birinin isə azı 50 faizinin rəqəmsallaşdırılması planlaşdırılıb.
Bununla yanaşı sözügedən dövrdə mədəniyyət sahəsində dövlət informasiya resurslarının birləşdirilməsi və ya əlaqələndirilməsi, vahid kommunikasiya siyasətinin həyata keçirilməsi məqsədilə "e-culture" platformasının yaradılmasının təmin edilməsi nəzərdə tutulub.