- 17:08
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşərək strateji tərəfdaşlığı müzakirə edib.
E-huquq.az xəbər verir ki, bu barədə səfir "X" hesabında yazıb.
Bildirilib ki, görüş çərçivəsində 2025-ci il nəticələri və 2026-cı ildə strateji tərəfdaşlığı daha da gücləndirmək üçün addımlar müzakirə edilib.
"Azərbaycanın Ukraynaya davamlı dəstəyinə görə minnətdarıq",- Y.Qusev qeyd edib.
Productive meeting with @HikmetHajiyev , Assistant to the President of Azerbaijan. Discussed 2025 outcomes and steps to further strengthen our strategic partnership in 2026. Grateful for Azerbaijan’s continued support for Ukraine. pic.twitter.com/bggTaHsFJO
— Yuriy Husyev (@Husyev) January 14, 2026