- 17:26
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təsərrüfat və elektrik mallarının satınalınması ilə bağlı elan etdiyi tender baş tutmayıb.
E-huquq.az xəbər verir ki, buna səbəb təqdim olunan təkliflərdən heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmamasıdır.
Qeyd edək ki, tenderin dəyəri 160.210,58 manatdır.
Şəbnəm Mehdizadə