"20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyi üçün dönüş nöqtəsi olub" - DEPUTAT


  • 17:27

"20 yanvar faciəsi Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizənin rəmzidir, şanlı tariximizdir".

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, bu faciə Azərbaycan xalqının müstəqilliyi üçün dönüş nöqtəsi olub: "Biz 20 Yanvar faciəsindən bir il sonra, 1991-ci ilin payızında müstəqilliyimizi əldə etdik. SSRİ imperiyası dağıldı, azad Azərbaycan dövləti yarandı. Bu faciə bizim müstəqilliyimiz üçün dönüş oldu".

Deputat əlavə edib: "20 Yanvar hüzün günüdür. Amma biz bu gün azadlıq uğrunda şəhid olanları fəxrlə anırıq, yad edirik. Gənc nəsil onları unutmur. Şəhidlərimizin xatirəsi bizim üçün əbədi yaşayır. 20 Yanvar hadisəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Çünki əliyalın xalq azadlıq və müstəqilliyi uğrunda ayağa qalxmışdı. İşğalçıya qarşı xalqımız birləşdi. Onların apardıqları mübarizə yarımçıq qalmadı, sona çatdırıldı. Öz canlarını müstəqilliyimiz uğrunda qurban verən soydaşlarımızın xatirəsi bizim üçün hər zaman əzizdir. Bu gün torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Bu başlanğıc 1988-ci ildə, eləcə də 1990-cı ilin yanvarında başladı. Bizim tariximiz şanlı günlərdən gəlir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər