- 18:47
Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun yanvarın 19-dan 20-nə keçən gecə 0 dərəcəyə yaxın, 21-22-si gecə saatlarında isə 0-3 dərəcə şaxta olacağı gözlənilir.
E-huquq.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.
Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar qısamüddətli çovğun olacağı ehtimal olunur.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin yanvarın 21-i gündüzədək davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı ehtimalı var. Havanın minimal temperaturunun dağətəyi rayonlarda 6 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7-12 dərəcə, yüksək dağlıq ərazilərdə isə 18-23 dərəcə şaxta olacağı gözlənilir.
Ölkə ərazisində, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.