- 17:53
Ötən il Bakıda xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, belə ki, şəhər prokurorluq orqanları əməkdaşlarından ümumilikdə altı nəfər intizam məsuliyyətinə cəlb olunub.
E-huquq.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində bildirilib.
Onlardan iki nəfər prokurorluq orqanlarından xaric edilib, bir nəfər isə tutduğu vəzifədən azad olunub.