- 18:59
Sevindirici haldır ki, Azərbaycanla İran arasındakı münasibətlər müsbət dinamikada inkişaf edir.
E-huquq.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda mətbuat üçün keçirilən brifinqdə deyib.
Nazir müavini səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüyünü deyib:
"Bu görüşlərdə iki ölkə arasındakı birgə layihələrin inkişafını müzakirə etdik".