Dövlət Turizm Agentliyi tenderinin qalibini açıqladı


  • 17:35

Dövlət Turizm Agentliyinin İspaniyanın Madrid şəhərində keçiriləcək 24-cü “Madrid Fusion” konfransında, eləcə də Barselonada beynəlxalq “Alimentaria” sərgisi çərçivəsində keçiriləcək 1-ci Beynəlxalq Kulinariya Çempionatında iştirakla bağlı qastronomiya komandasının xidmətlərinin təmin edilməsi və menyu şərtlərinin yerinə yetirilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki. tenderin qalibi “Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası” İctimai Birliyidir.

Məlumata görə, qalibə 86.653,3 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər