“TikTok”da qeyri-etik ifadələr işlədən şəxs həbs edildi


  • 20:41

“TikTok” sosial şəbəkəsində qeyri-etik ifadələr işlədən şəxs polis tərəfindən saxlanılıb.

E-huquq.az xəbər verir ki, Zəngilan rayon sakini 1984-cü il təvəllüdlü Habil Həsənov “TikTok”da dostuna məxsus “Məmmədov Səmiyyədin” adlı səhifədə canlı yayım açaraq onu izləyən şəxslərin ünvanına xoşagəlməz ifadələr səsləndirib.

Məhkəmənin qərarı ilə H.Həsənov 15 sutka inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər