- 12:46
Bəzi supermarketlərdə qiymət fərqləri vətəndaşları aldadır.
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev parlamentin bugünkü plenar iclasında səsləndirib.
Deputat, bəzi supermarketlərdə satılan məhsulların üzərindəki qiymət ilə kassada tətbiq olunan qiymət arasında kəskin fərqlər olduğunu bildirib. A.Quliyev bu fərqlərin çox yüksək olduğunu və vətəndaşların faktiki olaraq aldanmasına səbəb olduğunu vurğulayıb.
O, aidiyyəti dövlət qurumlarının bu məsələyə ciddi diqqət yetirməli olduğunu qeyd edərək, qanunları pozan hüquqi şəxslərə qarşı sərt tədbirlər görülməsinin vacibliyini bildirib.
Şəbnəm Mehdizadə